"Sən özün nə futbol oynamısan ki, azarkeşi söhbətə çağırırsan?"

"Sən özün nə futbol oynamısan ki, azarkeşi söhbətə çağırırsan?"

19 Oxunma

21 yaşlılardan ibarət yığma komandamızın və “Neftçi”nin futbolçusu Elnur Cəfərov gündəmi zəbt edib

Belə ki, azarkeşi təhqir edib söhbətə çağıran futbolçunu fanatlar boykot ediblər. Millimizi dəstəkləyən fan-klublar bundan sonra Cəfərovu millinin oyunlarında fitə basacaqlar. Ölkə xaricində olan azarkeşlərimiz də eyni addımı atacaqlar.


Məsələ ilə bağlı Cəfərovun forma geyindyi "Neftçi" klubunun "Forza Neftçi" azarkeş qrupunun rəhbəri Sübhan Əliyev saytımıza açıqlama verib. Əliyev açıqlamasında Elnurla söhbət edəcəklərini deyib: "Azarkeş haqlıdır. Fanatın tənqid etmək haqqı var. 0:7 hesablı uduzan oyunçunu bağrımıza basası deyilik ki? Sadəcə olaraq, bezmişik. Nə qədər uduzmaq olar? 0:7 hesabı ilə uduzmusan, azarkeş də tənqid edib, təhqir etməyib. Sən özün nə futbol oynamısan ki, azarkeşi söhbətə çağırırsan? Şəxsən Elnurla bizim söhbətimiz olacaq ki, azarkeşi niyə söyərək söhbətə dəvət edib. Hər oyunçunun arzusu millidə oynamaqdır. 0:7 ilə uduzduğunuz üçün tənqid olunmusuz. Yəqin ki, "Neftçi"də bununla bağlı tədbir görüləcək. Azarkeş də oyunçunu təhqir edə bilməz. Sən futbolçusan. Kim ixtiyar verib ki, azarkeşi söyüb söhbətə çağırırsan? Ümumiyyətlə, bütün azarkeşlərin yanındayıq".

qol.az



Köşə yazıları