Olimpiya çempionu təcavüzə məruz qalıb

Olimpiya çempionu təcavüzə məruz qalıb

30 Oxunma

Gimnastika üzrə ABŞ yığmasının həkimi Larri Nassarin daha bir çirkin əməli üzə çıxıb

Olimpiya Oyunlarının 6 qat mükafatçısı Aleksandra Raysman həkim tərəfindən seksual zorakılığa məruz qaldığını etiraf edib. Hərkəsi şoka edən açıqlama “60 dəqiqə” şousunda baş tutub. 23 yaşlı idmançı “Bundan xəcalət çəkirəm” deyərək, komanda yoldaşlarının yolu ilə gedib. 

Belə ki, Nassar ona bütün dünyada sekslə müalicənin yayıldığını bildirərək, yataq otağına aparıb və zorlayıb. Hətta təyyarə ilə uçuş zamanı da gimnast həkimin təcavüzü ilə üzləşib. Hakim yarışa belə hazırlığın faydalı olduğunu vurğulayıb.

Olimpiya Oyunlarında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Raysman yerli federasiya və Federal təhqiqatlar Bürosuna şikayət etsə də, onlar tərəfindən hansısa tədbir görülməyib.



Köşə yazıları