Ronaldo ilin ən yaxşısı seçildi

Ronaldo ilin ən yaxşısı seçildi

19 Oxunma

Məşhur Goal.com saytı 2017-ci ilin ən yaxşı futbolçularının siyahısını açıqlayıb

Siyahıya Portuqaliya yığmasının və “Real”ın qoleadoru Kriştianu Ronaldo başçılıq edib.

Futbol azarkeşləri arasında keçirilən sorğunun nəticəsinə görə, 32 yaşlı forvard ilin ən yaxşı futbolçusu adına layiq görülüb. Onu İtaliya yığması ilə yenicə vidalaşan “Yuventus”un kapitanı Canluici Buffon izləyib. İlk “üçlüy”ü “Real”ın digər üzvü xorvatiyalı Luka Modriç qapayıb.

4 dəfə Goal.com-un sorğusunun qalibi olan “Barselona”nın lideri Lionel Messi isə 4-cü yerlə kifayətlənib. “Real”ın kapitanı Serxio Ramos isə 5-ci yeri tutub.



Köşə yazıları