Kamran Ağayev cəzalandırıldı

Kamran Ağayev cəzalandırıldı

20 Oxunma

Çexiya Futbol Federasiyasının İntizam Komitəsi "Mlada Boleslav"ın qapıçısı Kamran Ağayevi cəzalandırıb

Millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda "Ostrava" ilə görüşdə iki sarı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Beləliklə, Kamran 14-cü turda "Bohemians"la matçı buraxacaq.

Qeyd edək ki, "Ostrava" ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan K.Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.



Köşə yazıları