“Qarabağ”ın rəqibi Özili pulsuz almaq istəyir

“Qarabağ”ın rəqibi Özili pulsuz almaq istəyir

19 Oxunma

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Atletiko” mövsümün sonunda heyətini gücləndirmək niyyətindədi

“The Sun” nəşri Madrid klubunun ilk transfer hədəfinin Məsut Özil olduğunu qeyd edib. 

 
“Atletiko” rəhbərliyi “Arsenal”ın yarımmüdafiəçisi ilə danışıqlara indidən start verib. İspanlar London klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq Özili azad agent kimi heyətlərinə qatmağı planlaşdırırlar. Qarşı tərəf isə buna imkan vermək istəmir. Bu mənada, “Arsenal”ın Özillə yeni sözləşmə imzalayacağı da istisna edilmir. “Topçular” 29 yaşlı xavbekin başqa kluba keçidindən pul qazanmağı düşünürlər.
 
Qeyd edək ki, karyerası ərzində “Şalke”, “Verder” və Madrid “Real”ında da oynamış Məsut Özil 2013-cü ildən “Arsenal”ın formasını geyinir. O, hazırkı komandasının heyətində cari mövsümdə 7 oyunda 1 qola imza atıb.



Köşə yazıları