Muarem Muarem Azərbaycana qayıdır?

Muarem Muarem Azərbaycana qayıdır?

19 Oxunma

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem çıxış etdiyi Qazaxıstanın "Aktobe" klubundan ayrılacaq.

Makedoniyalı oyunçu istənilən səviyyədə çıxış etmədiyi üçün heyətdən göndəriləcək. Muarem karyerasını yenidən ölkəmizdə davam etdirə bilər. O, Premyer Liqa klublarından birinə keçmək variantı var.

29 yaşlı yarımmüdafiəçi Türkiyə və Makedoniya klublarının təkliflərini də nəzərdən keçirəcək.



Köşə yazıları