Enes Kanter Lebrona: "Mənim vecimə deyil sən kimsən, özünə kral deyirsən?"

Enes Kanter Lebrona: "Mənim vecimə deyil sən kimsən, özünə kral deyirsən?"

116 Oxunma

Amerika Milli Basketbol Asossiyasiyasında (NBA) müntəzəm çempionatın növbəti oyunları keçirilib. Mövsümə elə də uğurlu başlamayan "Klivlend Kavaliyers" Nyu-Yorkda yerli komandanın qonağı olub.

Matçda meydan sahiblərinin basketbolçusu Enes Kanterlə klivendlilərin şərəfini qoruyan Lebron Ceyms arasında qalmaqal yaşanıb. Dueyn Ueydin verdiyi alley-up pasını xala çevirən Lebron Ceyms "Nyu-York"un basketbolçusu Frenk Ntilikinanı qarşısında dayanıb. Türk basketbolçu Enes Kanterin bu hərəkət xoşuna gəlməyib və Ceymsin üstünə şığıyıb. Matçdan sonra Enes bu durum barədə açıqlama verib:

"Mənim vecimə deyil sən kimsən, özünə kral deyirsən? Bəs Şəhzadə kimdir? Biz döyüşəcəyik, heç kim bizi qorxuda bilməz. Niyə gənc oyunçuya ilişir? Əsl kişiyə desin sözünü. Lebron ya da başqası. Mən icazə vermərəm kimsə mənim ailəmə pis davransın. Çünki komanda yoldaşlarım mənə ailə kimidirlər"

Oyun "Klivlend"in 104:101 hesablı qələbəsi ilə yekunlaşıb. 



Köşə yazıları