İDDİA: "Qarabağ" Pedro Enrike ilə yolları ayırır

İDDİA: "Qarabağ" Pedro Enrike ilə yolları ayırır

761 Oxunma

"Qarabağ" braziliyalı futbolçusu Pedro Enrike ilə yollarını ayırmaq qərarına gəlib. Bu barədə Yunanıstanın "Sport24.gr" saytı məlumat yayıb.

Sayt iddia edir ki, Pedro qışda keçmiş komandası PAOK-a qayıdacaq. Tərəflər arasında yaya qədər icarə müqaviləsi olsa da, Ağdam klubu  futbolçunu qışda buraxmaq qərarına gəlib. Məlumata görə, hər iki tərəf bunda maraqlıdı.

"Qarabağ" Enrikenin çox ödənişli olmasına görə onun getməsini istəyir. Bundan başqa, Çempionlar Liqasında da qrupdan çıxmaq perspektivi az olan komanda daxili çempionatda Pedrosuz da uğur qazanacağına əmindi. Braziliyalı oyunçunun özü isə daha rəqabətli liqada oynamaq fikrindədi. Eyni mösvüm ərzində 3-cü bir komandaya keçə bilməyəcəyi üçün o, PAOK-a qayıtmalı olacaq.



Köşə yazıları