Əmrah Çəlikəldən "Sabah" qəzetinin yazısına münasibət: "Mənəviyyatdan xəbəriniz olsaydı..."

Əmrah Çəlikəldən "Sabah" qəzetinin yazısına münasibət: "Mənəviyyatdan xəbəriniz olsaydı..."

2070 Oxunma

Türkiyənin məşhur "Sabah" qəzetinin Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun bir neçə  azarkeşinin açdığı pankart haqda yazdığı material ölkəmizdə böyük səs-küyə səbəb olub.  Media nümayəndələri və azarkeşlər bu xəbərə birmənalı yanaşmayıblar.

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl bu məsələyə biganə yanaşmayıb. O şəxsi "Facebook" hesabından belə bir status yazıb:

"En büyük eziklik, Azerbaycan ve Qarabağımızın başarılarına destek olamayıp, kendi başarısızlığını görmezden gelip, şampiyonlar liginde herkesin takdirini kazanmış bir camiaya ezik diyebilmektir. Maneviyattan haberiniz olsaydi böyle seviyesiz bir haber yapmaz kendinizi de bu kadar gülünç duruma düşürmezdiniz. Bir Türk gazetesi olarak Qarabağ hakikatlerini Avrupa’ya ve Dünyaya anlatabiliyorsanız o zaman “EZİK” olmaktan kurtulursunuz. Tertemiz kalplerle, tertemiz ellerle yazılmış, kirlenmesin diye dosyanın içine itina ile konulmuş “QARABAĞ” adı bizler icin kutsaldır. Var olsun o harfleri tutan tertemiz eller !!!"

Türkiyəli yazar Mevlüt Tezel yazdığı xəbərdə "Qarabağ" azarkeşlərinin sadə A4 kağızında "Qarabağ" yazısını tutmağına belə münasibət bildirib və xəbər həm qəzetdə, həm də saytda yer alıb:

"Tarihinde ilk kez Şampiyonlar Ligi'ne katılan Azerbaycan takımı Karabağ, ilk puanını evinde Atletico Madrid'e karşı aldı. 0-0 biten maçtan en ilginç görüntü ise Karabağ taraftarlarının, A4 kağıtlarına 'Qarabağ' yazıp şeffaf dosyaya koyup koreografi yapmalarıydı. Futbol tarihinin en fakir, en ezik, en komik koreografisi bu olsa gerek. Olsun, yavaş yavaş onlar da öğrenecek futbol kültürünü."

 



Köşə yazıları