"İkinci hissədə xal itirmək qorxusu yarandı" - Dieqo Simeone

"İkinci hissədə xal itirmək qorxusu yarandı" - Dieqo Simeone

1430 Oxunma

Çempionlar Liqası III tur çərçivəsində "Qarabağ" "Atletiko"nu qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən oyunda qalib müəyyən olmayıb - 0:0.

Oyundan sonra keçirilən mətbuat konfransında Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone jurnalistlərin suallarını cavablandırıb:

- Sizin üçün gözlənilməz nəticə oldu. Nələr baş verdi? Niyə belə oldu?

- Gözlənilməz nəticə oldu. İlk hissədə yaxşı epizodlarımız oldu. Bundan yararlana bilmədik. Buna görə də, ikinci hissədə xal itirmək qorxusu yarandı və üzərimizdə təzyiq var idi. Buna baxmayaraq, futbolçularıma güvənirəm. 3 ay qabaq yeni müqaviləyə imza atandan sonra bilirdim hans çətinliklər məni gözləyir. Futbolçularıma güvənirəm.

- Bu oyundan sonra "Qarabağ" haqda fikirlərinizi bilmək maraqlıdır...

- Belə oyuna hazır idik. Qapıçını xüsusi vurğulamaq isəyirəm. İlk hissədə təkbətək epizodlarda etibarlı oynadı. Boş zonaları yaxşı tamamlaya bilirdilər

- Komandada sanki nəsə çatışmırdı, hərəkətsiz görsənirdi. Bu nə ilə bağlıdır?

- Sualınızla razı deyiləm. Komandada fiziki çatışmamazlıq yoxdur. Yaratdığımız epizodları vura bilmədik və üzərimizdə təzyiq artdı.

- "Qarabağ" 3 xal itirdi, yoxsa "Atletiko" 1 xal qazandı?

- Bu cür suallara şərh verə bilmərəm. Bunun üçün jurnalistlər var. Onlar tənqid edə bilirlər. Bizim 3 xala ehtiyacımız var idi, rəqib komanda əks hücumlara ümid edirdi, bu da onlarda alınmadı

- Son 4 oyunda qalib gələ bilmədiniz. Bu durumdan narahatsınızmı?

- Xeyir. Bu situasiya məni narahat etmir. Deməzdim ki, pis oynadıq, sadəcə istədiyimizi etmədik.



Köşə yazıları