Milli üzvü oynadı, komandası qalib gəldi

Milli üzvü oynadı, komandası qalib gəldi

29 Oxunma

İspaniya Sequndasında VIII tura yekun vurulub. Milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb.

Sözügedən komanda “Qranada”nı qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan Eddi 69-cu dəqiqədə meydana daxil olub. O, 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.



Köşə yazıları