Buffon nazir ola bilər

Buffon nazir ola bilər

33 Oxunma

Əfsanəvi qapıçı Canluici Buffon nazir ola bilər. Bu barədə italiyalı yazıçı Vittorio Skarbi açıqlama verib.

O, bildirib ki, təmsil etdiyi “İntibah” partiyası seçkilərdə qalib gəlsə, 39 yaşlı qapıçını idman naziri təyin edəcək.

“Əgər biz seçkilərdə qələbə qazansaq, Buffon yeni nazir olacaq. O, bütün kriteriyalara sahibdi. Tezliklə karyerasını bitirəcək, incəsənət və siyasətlə maraqlanır. O özü də bizim təklifimizə isti yanaşır” – deyə Skarbi bildirib.

Canluici Buffon hazırda “Yuventus”un və İtaliya millisinin əsas qapıçısıdır.



Köşə yazıları