Arturo Vidal milli karyerasını başa vurdu

Arturo Vidal milli karyerasını başa vurdu

33 Oxunma

Çili yığmasının üzvü Arturo Vidal karyerası ilə bağlı önəmli qərar qəbul edib.

30 yaşlı yarımmüdafiəçi yığma karyerasını başa vurub. "Bavariya"nın futbolçusu bu qərarı DÇ-2018-in seçmə mərhələsində Braziliyaya uduzaraq (0:3) mundiala vəsiqə şanslarını itirdikləri oyundan sonra verib.

Qeyd edək ki, 2007-ci ildən Çili millisinə çağırılan 30 yaşlı futbolçu keçirdiyi 95 oyunda 23 qol vurub.



Köşə yazıları