Neymarın "Barsa" nifrəti - ÇL-dən kənarlaşdırılmasını istəyir

Neymarın "Barsa" nifrəti - ÇL-dən kənarlaşdırılmasını istəyir

330 Oxunma

Neymar sabiq klubu “Barselona”nı UEFA-ya şikayət edib. Buna səbəb “Barselona”nın müqavilənin şərtlətini tam yerinə yetirməməsidi.

Belə ki, müqaviləsində yer almış 26 milyon avroluq bonusun ona ödənilmədiyinə görə bu addımı atıb. Braziliyalı hücumçu Kataloniya təmsilçisinin UEFA Çempionlar Liqasından kənarlaşdırılmasını istəyir. Qurum hələ ki, Neymarın şikayətinə cavab verməyib.

Bu yay “Barselona”dan PSJ-ə 222 milyon avro qarşılığında keçən hücumçu transfer rekordu qırmışdı.



Köşə yazıları