Çempion komandanın həyat hekayəsi

Çempion komandanın həyat hekayəsi

409 Oxunma

Türkiyədə baş tutan fiziki əngəlli futbolçuların Avropa çempionatı başa çatıb. Turnirin qalibi meydan sahibləri olub.

Türkiyə yığması final mərhələsində İngiltərəni 2:1 hesabı ilə məğlub etməklə çempion oldular. Türk yığmasının futbolçularının qısa həyat hekayəsi:

 

Alican Kuruyamaç: Avtomobil qəzasında sağ ayağını itirdi

Fatih Şentürk: Motosikl qəzasından sonra sol ayağını itirdi

Fatih Karakuş: Elektrotravmaya görə 5 yaşında qolu dirsəkdən kəsildi.

Mehmet Yunsur: Tarlada çalışdığı vaxt sol ayağını saman aparatında itirdi.

Ömer Güleryüz: Anadangəlmə sol ayağı qısadır.

Selim Karadağ: Anadangəlmə sağ qolu qısadır

Feyyaz Gözaçık: Anadangəlmə sağ ayağı yoxdur

Muhammet Yeğen: Anadangəlmə bir ayağı qısadır

Barış Telli: 5 yaşında futbol oynadığı zaman ayağı üzərindən avtomobil keçib

Kemal Güleç: Şirnak vilayətində olan müharibədə qəza nəticəsində ayağına ağır daş parçası düşüb

Serkan Dereli: Anadangəlmə sol ayağı yoxdur.

Rahmi Özcan: Anadangəlmə sağ ayağı yoxdur

Osman Çakmak: Şirnak vilayətində olan müharibədə minaya düşərək sol ayağını itirdi



Köşə yazıları