Həm "Qarabağ"la, həm də Azərbaycan yığması ilə matçı buraxacaq

Həm "Qarabağ"la, həm də Azərbaycan yığması ilə matçı buraxacaq

38 Oxunma

Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Roma” itki ilə üzləşib. “Canavarlar”ın çexiyalı hücumçusu Patrik Şik sıradan çıxıb.

Sol ayağından zədə alan hücumçu 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Belədə o, “Roma”nın “Qarabağ”la və Çexiya yığmasının Azərbaycanla oyununu buraxacaq.  

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-i saat 20:00-da, Azərbaycan – Çexiya oyunu isə oktyabrın 5-i, 21:00-da start götürəcək. Hər iki qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.



Köşə yazıları