UEFA-nın yeni vitse-prezidenti

UEFA-nın yeni vitse-prezidenti

36 Oxunma

UEFA-nın yeni vitse-prezidenti təyin edilib.

Bu İtaliya Futbol Federasiyasının baş katibi Mikel Uvadı. O, bu postda ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib.

Vilyar iyul ayında vəzifədən getmişdi. Belə ki, bu il iyulun 18-də İspaniya polisi yerli futbol federasiyasının ofisində axtarış aparmış, 10-a yaxın futbol məmurunu həbs etmişdi. Həbs edilənlər arasında Anxel Mariya Vilyar və oğlu da var idi. Onlar korrupsiyada ittiham olunurdular.



Köşə yazıları