“Roma”nın Bakıya gələcəyi vaxt bəlli oldu

“Roma”nın Bakıya gələcəyi vaxt bəlli oldu

43 Oxunma

Çempionlar Liqasında “Qarabağ”la qarşılaşmaq üçün Bakıya gələcək “Roma”nın səfər planı bəlli olub. “Canavarlar” paytaxtımıza matçdan 2 gün əvvəl – sentyabrın 25-də təşrif buyuracaq.

Bu haqda məlumatı saytımıza açıqlamasında Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov verib. Komanda paytaxtımızda “JV Marriot Abşeron” otelində qalacaq. Apenninlilər matç başa çatandan sonra həmin gecə İtaliyaya qayıdacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 27-i, saat 20:00-da start götürəcək.



Köşə yazıları