“Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirildi

“Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirildi

60 Oxunma

Topaz  Premyer Liqasının 6-cı turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi “Kapital Bank Arena” yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək

Dəyişikliyə səbəb sentyabrın 27-də Çempionlar Liqasının II turunda “Roma”nı qəbul edəcək “Qarabağ” futbolçularının Sumqayıtdakı süni örtüklü meydançada mümkün zədələrdən yayınmalarıdır. Bakı Olimpiya Stadionu da Respublika stadionu kimi təbii örtüklüdür.

Qarşılaşma sabah saat 19:00-da başlayacaq.

Qeyd edək ki, 6-cı turda meydan sahibi “Qarabağ” , hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi isə “Sumqayıt” olacaq.



Köşə yazıları