SORĞU: Qurban Qurbanov hansı Avropa komandasında işləyə bilər?

SORĞU: Qurban Qurbanov hansı Avropa komandasında işləyə bilər?

726 Oxunma

Qurbanov Qurbanov Azərbaycan futbolu tarixinə öz adını qızıl hərflərlə yazdırmağı bacarıb. O, ölkəmizin idman tarixində gələcək nəsillərə fəxrlə danışılacaq bir səhifə açıb - Azərbaycan klubu ilə Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanıb.

Bu uğurun arxasında, heç şübhəsiz, illərin əziyyəti dayanıb. Qurbanov 2008-ci ildən etibarən idarə etdiyi "Qarabağ" komandasında Avropa Liqasına ardıcıl vəsiqə qazanıb, ancaq mütəxəssis bununla da kifayətlənməyib daim yüksək məqsədlər üçün komandasını çalışdırıb. Bunun nəticəsi kimi ən azı 2018-ci ilin ilk ayına kimi iki həftədən bir Avropa nəhənglərinin də mübarizə apardığı turnirdə Azərbaycan təmsilçisinin də mübarizəsinə şahidlik edəcəyik. Bəs Azərbaycanın ən uğurlu məşqçilərindən olan Qurbanov Avropanın hansı klublarında işləyə bilər? Bu sualı korner.az saytının izləyicilərindən soruşduq. Fikirlər müxtəlif olsa da, izləyicilərin çox hissəsi Qurbanovun məhz, "Barselona"da işləməyinin tərəfdarıdı. İzləyicilərimizin əksəriyyəti bunu "Qarabağ"ın oyun üslubunun Kataloniya təmsilçisilə üst-üstə düşməsi kimi əlaqələndirib. Korner.az saytının "Facebook" səhifəsində aparılan sorğuda bir neçə qrup azarkeş isə Qurbanovun elə Azərbaycanda qalmasının tərəfdarıdı. İzləyicilərimizin şərhlərini sizə təqdim edirik:



Köşə yazıları