"Rəqiblərmiz daha çox müdafiədə olurlar deyə hazırlaşa bilmirik" - Qurban Qurbanov

"Rəqiblərmiz daha çox müdafiədə olurlar deyə hazırlaşa bilmirik" - Qurban Qurbanov

536 Oxunma

Topaz Premyer Liqasında V turun “Qarabağ” – “Kəpəz” (2:0) oyunundan sonra təşkil edilən mətbuat klonfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

"Qalib gəlmək istəyirdik. Bilirdik ki, rəqib müdafiə olunacaq. Çətin də olsa, iki qol vura bildik. Daha çox qol şanslarımız oldu. Ağır oyun idi. Ruh düşkünlüyü və psixoloji yorğunluq var idi. Qalib gəlmık üçün əziyyət çəkdilər. Azarkeşlərimizə təşəkkür edirəm"

- İbrahim Şehiçin əvəzedici komandaya qarşı göndərilməsi ilə bağlı söz-söhbətlər çıxmışdı. Bu doğrudurmu?

- İbrahim Şehiç bizim əsas komandadı. Əvəzedici heyətə göndərilməyib. Hər hansı fikir olanda belə biz heç kimə bildirmirik. 

- Üç yeni oyunçuya şans verdiniz. Onların oyunundan razı qaldınız?

- Onlardan razı qala bilmərəm. Onlar öz formalarından uzaqdılar. Bir neçə oyun oynamalıdılar ki, daha yaxşı oyun göstərsinlər. şadam ki, Dani qol vurdu. Bu ona inam verəcək. Formaya qayıtmaq üçün böyük təkan oldu. Ancaq hələ çox işləməlidi, uzunmüddətdi futboldan uzaqdı. Daninin keçmiş formasına qayıtmaq üçün 4-5 oyun 90 dəqiqə meydanda oynamalıdı. Ümumi duruma baxanda razıyam, ancaq tam razı olduğumu deyə bilmərəm.

- "Çelsi" səfərindən sonra belə oyunlara çıxmaq sizə çətinlik yaratmır ki?

- Əlbəttə, çətindi. Ancaq başqa çarəmiz yoxdu. "Roma"ya qarşı oynamaq çətindi. Biz istəyərdik ki, Premyer Liqada Çempionlar Liqası oyunlarına hazırlaşaq. Ancaq bunu bacara bilmirik. Çünki Premyer Liqada rəqiblərmiz daha çox müdafiəyə otururlar. Çətindi, ancaq çıxış yolumuz yoxdu

- Aqollinin durumu nə yerdədi?

- "Sumqayıt"la oyuna hazır olmayacaq. "Roma" ilə oyuna ehtimal var. Hazır olsa belə, öz formasından uzaq olacaq. Dəqiq fikir söyləyə bilmərəm. 

- Jezniçakın yeni mövqeyindəki oyunundan razı qaldınız?

- Yeni mövqe deməzdim, bəzən onun üçün uyğun deyil, ancaq oyun gedişində üç müdafiəçi kimi qalırdıq. Verilən tapşırığı layiqincə yerinə yetirdi. Onun üçün çətin olsa da, yerinə yetirə bildi.




Köşə yazıları