"Buna ən yaxşı oyunumuz olduğunu demək olmaz" - Fabreqas

"Buna ən yaxşı oyunumuz olduğunu demək olmaz" - Fabreqas

46 Oxunma

"Çempionlar Liqasından oynamağı uzun müddət idi ki, gözləyirdik. Nəhayət, bu baş verdi. “Yaxşı oynadıq və gözəl nəticə əldə etdik. Qolların qrupun son nəticəsinə necə təsir edəcəyini deyə bilmərik, ona görə də belə davam etməliyik".

Bu sözləri "Çelsi"nin futbolçusu Sesk Fabregas Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.

İspan yarımmüdafiəçi komanda yoldaşlarının hamısının yaxşı oynadığını bildirib: "Bəzən zəif rəqibə qarşı daha çox hücum etmək istəyərsiniz, bəzən isə yox. Amma bu matçda hamının yaxşı oynadığını düşünürəm. Şəxsən mən çox yaxşı idim və biz komanda şəklində geri döndük. Ancaq buna ən yaxşı oyunumuz olduğunu demək olmaz. Biz yavaş-yavaş artırırıq. Ümid edirəm ki, əvvəlcə formamıza qayıdacağıq".




Köşə yazıları