Çempionlar Liqasında 5 ildən sonra ilk - "Qarabağ"ın oyununda

Çempionlar Liqasında 5 ildən sonra ilk - "Qarabağ"ın oyununda

38 Oxunma

"Çelsi"nin qapıçısı Tibo Kurtua Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda "Qarabağ"la matçda (6:0) 5 ildən sonra ilkə imza atıb.

Belçikalı qapıçı oyunda vurulan ikinci qolun ötürməsini edib. Bununla da belçikalı qolkiper ÇL tarixində 5 ildən sonra qol ötürməsi verən ilk qapıçı olub.

Bu turnirdə sonuncu dəfə məhsuldar ötürmə edən qapıçı Freyzer Forster olub. "Seltik"in sabiq "çərçivə qoruyucusu" buna 2012-ci ildə "Barselona" ilə matçda nail olmuşdu.



Köşə yazıları