Gəncləri “Çelsi” ilə oyuna Rəşad Sadıqov çıxarıb

Gəncləri “Çelsi” ilə oyuna Rəşad Sadıqov çıxarıb

53 Oxunma

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında qrup mərhələsinin ilk turunda hazırda səfərdə "Çelsi" ilə qarşılaşır.

Ağdam klubunu sözügedən matça komandanın baş məşqçisi Rəşad Sadıqov çıxarıb.

Qeyd edək ki, Rəşadın kapitanı olduğu əsas komandanın da eyni gündə oyunu olduğu üçün U-19-u meydana əvəzedici komandanın baş məşqçisi Aftandil Hacıyevın çıxaracağı gözlənilirdi.

Sadıqov axşam əsas komandası ilə “Çelsi” ilə oyuna da çıxsa bir gündə avrokuboklarda həm məşqçi, həm də futbolçu olaraq iştirak edən şəxs kimi futbol tarixinə düşəcək.



Köşə yazıları