Şəmkirdə futbol bayramı: Rayon birinciliyinə start verildi

Şəmkirdə futbol bayramı: Rayon birinciliyinə start verildi

707 Oxunma

Şəmkir Olimpiya İdman Kompleksinin futbol meydançasında Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Şəmkir Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə futbol üzrə rayon birinciliyinin açılış mərasimi keçirilib.
 
Turnirin keçirilməsində məqsəd rayonda futbolun inkişafına dəstək, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, futbol azarkeşləri və ümümilikdə bütün rayonda ictimai fəallığın təmin edilməsidir.
 
Açliş mərasimində çıxış edənlər Şəmkir futbolunun keçdiyi şanlı tarix barədə məlumat veriblər. Bildirilmişdir ki, bu gün Şəmkir rayonunda futbolun inkişafına göstərilən dəstək gələcəkdə istedadlı futbolçuların yetişməsinə mühüm töhvlərini verəcəkdir.
 
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov bu turnirin keçirilməsinin xüsusi əhəmiyyətli və vacib olmasını bildirib.
 
Qeyd edib ki, Şəmkir rayonunda idmanın bütün sahələrinə diqqət və qayğı göstərilməsi bu gün ən vacib vəzifələrdəndir. Turnir iştirakçılarına xoş səmimi sözlərini və xoş arzularını çatdıran cənab Alimpaşa Məmmədov öz xeyir duasını verib.
 
Qeyd edək ki, futbol turniri püşkatma nəticəsində 4 qrup sistemi üzrə, 14 komandanın iştirakı ilə keçirilir.
 
Turnirin matçları Şəmkir Olimpiya İdman Kompleksində, digər qarşılaşmalar isə Kür qəsəbə, Zəyəm qəsəbə, Çinarlı qəsəbə stadionlarında keçiriləcək.
 
Turnirin final oyunu dekabrın 26-da Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.
 
Artıq Şəmkir birinciliyində günün ilk matçı keçirilib. "Çaparlı" və "Dəllər Cırdaxan" futbolçuları meydanda qüvvələrini sınayıblar. Matç birincilərin 3-2 hesablı qələbəsi ilə tamamlanıb.



Köşə yazıları