"Adidas" "Qarabağ"ı pulsuz forma ilə təmin edəcək

"Adidas" "Qarabağ"ı pulsuz forma ilə təmin edəcək

2004 Oxunma

Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsindən sonra Ağdamın "Qarabağ" klubunun maliyyə artımın olacağı istisna edilmir. Ağdam klubu büdcəsini zənginləşdirməklə bərabər pulsuz formalar da əldə edəcək.

Belə ki, komanda qrup mərhələsinə vəsiqə qazandığı üçün "Adidas" firması geyimə görə ödənilmiş pulu geri qaytarır. 

"Qarabağ"ın da seçdiyi "Adidas" siyahıda liderdir. 13 klub məhz "Adidas"dan geyinir. "Nike" 12, "New Balance" isə 4 klubu geyimlə təmin edir. "Kappa", "Macron" və "Puma" isə hərəyə bir klubla təmsil olunacaq.

Adidas” - “Real”, “Bavariya”, “Yuventus”, “Bazel”, “Olimpiakos”, “Beşiktaş”, “Anderlext”, “Benfika”, ÇSKA Moskva, “Mançester Yunayted”, “Feyenord”, “Maribor”, “Qarabağ”.
“Nike” - “Çelsi”, “Monako”, “Tottenhem”, “Spartak”, “Şaxtyor”, “Roma”, “Atletiko”, “Barselona”, PSJ, APOEL, “Mançester Siti", “Leytspiq”
“New Balance” - “Liverpul”, “Seltik”, “Portu”, “Sevilya”
“Kappa” – “Napoli”
“Macron” – “Sportinq”
“Puma” – “Borussiya”
 



Köşə yazıları