De Rossi "Qarabağ" haqda: "Qrup mərhələsinə qədər gələn komanda zəif ola bilməz"

De Rossi "Qarabağ" haqda: "Qrup mərhələsinə qədər gələn komanda zəif ola bilməz"

958 Oxunma

Çempionlar Liqasının C qrupunda "Qarabağ"la eyni qrupda yer alan "Roma"nın kapitanı Daniele De Rossi püşkü dəyərləndirib

İtaliya mətbuatına danışan təcrübəli yarımmüfaiəçi ölüm qrupunda yer aldıqlarını bildirib:

“Bir az üzgünük. Çünki ölüm qrupunda yer almışıq. Amma bir tərəfdən də sevinirik ki, güclü, səviyyəli klublarla qarşılaşacağıq. Bu səbəbdən də içimizdə böyük həvəs var. Bu, bizi ruhlandırır. Azarkeşlərimiz əsl tamaşaya şahidlik edəcəklər. Çempionlar Liqasına ciddi hazırlaşacağıq. Həyəcanlı, maraqlı və ciddi qrupdayıq. İki həftə sonra möhtəşəm macəraya start verəcəyik”.

İtaliya millisinin 34 yaşlı futbolçusu “Qarabağ” haqda məlumatının az olduğunu bildirib:

“Qarabağ” haqda məlumatım olmasa da, bunu nəzərə almalıyıq ki, qrup mərhələsinə qədər gələn komanda zəif ola bilməz. Deməli, bizə tanış olmayan rəqibin yaxşı keyfiyyətləri var”.



Köşə yazıları