"Bu oyun bir ay sonra baş tutsaydı..." - Stolbakken

"Bu oyun bir ay sonra baş tutsaydı..." - Stolbakken

1348 Oxunma

"Məğlub olmağımız bizi məyus edir. Hazırda komandamız ideal vəziyyətdə deyil. Bu oyun bir ay sonra baş tutsaydı, biz sevinən tərəf olacağdıq". 

Bu sözləri "Kopenhagen"in baş məşqçisi Steyl Solbakken deyib.

Danimarka təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ı məğlub etsə də, iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.

Oyundan sonra baş tutan mətbuat konftansında iştirak edən çalışdırıcı fikirlərini bildirib: "Düşünürəm ki, yaxşı oyun keçirdik. Amma "Qarabağ" göstərdiyi oyunla mərhələ adlamağa layiq idi. Fikrimcə, bizim avrokubok macəralarımız asan olmayıb. İkinci mərhələdə "Jilina" səddində dayana bilərdik. Bundan sonra Avropa Liqasına hazırlaşmalıyıq və bizi orada çətin oyunlar gözləyir. Avropa Liqaısnda bir neçə aparıcı oyunçumuz zədə səbəbindən bizə kömək edə bilməyəcək".



Köşə yazıları