"Qəbələ" azarkeşləri Əliyar Ağayevə etirazını söyüşlə bildirdi

"Qəbələ" azarkeşləri Əliyar Ağayevə etirazını söyüşlə bildirdi

215 Oxunma

Topaz Premyer Liqadasının II turunda son oyun keçirilib. "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edib.

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunun gedişində mübahisəli epizod yaşanıb.

Oyun epizodlarının birində" Sumqayıt"ın futbolçusu rəqibinə dirsəklə zərbə endirib. Baş hakim Əliyar Ağayev bu hadisəyə cərimə zərbəsi belə təyin etməyib. Bu da yerli azarkeşlərin etirazına səbəb olub.

Oyundan sonra hakimlər heyəti stadionu tərk edərkən bir qrup azarkeşlə üzləşib. Onlar sözügedən epizodu mübahisə edib. Tərəflər bir-birinə təhqiramiz ifadələr işlədib. Mübahisə təxminən 20 dəqiqə davam edib.



Köşə yazıları