"Hakimliklə bağlı qətiyyən razı deyiləm" - Roman Qriqorçuk

"Hakimliklə bağlı qətiyyən razı deyiləm" - Roman Qriqorçuk

107 Oxunma

Topaz Premyer Liqasının II turunun son oyunu keçirilib. Qəbələ şəhər stadionunda keçirilən matçda meydan sahibləri "Qəbələ" "Sumqayıt"ı qqəbbul edib.

Qəbələ təmsilçisi matçı öz xeyrinə tamamlayıb - 1:0. Oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyun haqda fikirlərini bildirib:

"Bu gün komandamla razı qaldım. Çünki qalib gəldik. Növbəti oyun çox ciddi matçdı. "Qarabağ"la oyunar həmişə maraqlı olub. Ötən mövsüm elə oyunlar oldu ki, lazımsız yerə xallar itirdik. Ona görə də, hazırki nəticə məni sevindirir"

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Cavid Hüseynovun durumu ilə bağlı nə deyə bilərsiz?

- Özü oynamaq istəyirdi. Dünən də məşqdə istəyini göstərdi. Biz risk etmək istəmədik. Boğaz ağrıları və qızdırması var idi. Bu səbəbdən oynamamasına dair qərar verdik. 

- Bir neçə epizod oldu ki, əks-hücum zamanı Ozobiç əlverişli mövqedə olan komanda yoldaşına ötürmə vermədi...

- Təkcə Ozobiçlə bağlı epizodlar olmadı. Razı olmadığım çox epizod oldu. Amma bəzilərində daha ağıllı qərarlar verdik.

- Növbəti tur "Qarabağ"la oynayırsız. "Qarabağ"ın "Kopenhagen"lə oyunu olacaq. Bu baxımdan "Qəbələ"yə üstünlük vermək olarmı?

- Əslində, mən təəccüblənirəm bu söhbətlərdən. Mən bunda heç bir problem görmürəm. Mən özüm də avrokuboklarda oynamaq istəyərəm. Bu komandanı inkişaf etdirir. Təqvimiz çox yaxşıdı, ondan da razıyam və heç bir problem görmürəm. Avrokuboklarda oynayan komandanın üstünlüyü olur. Çünki onlar daha ciddi rəqiblərlə oynayır və tam hazır durumda olur. Bu baxımdan təqvimdə heç bir problem görmürəm və əksinə "Qarabağ" üçün üstünlük görürəm. Bütün bunlar əgər komanda yaxşı komplektləşsə, keçərlidi. Yox bəzi çatışmazlıqlar olsa, siz deyən kimi ola bilərdi.

- Oyun gedişində mübahisəli epizod oldu və hakim heç cərimə də təyin etmədi. Ümumiyyətlə, ötən mövsüm də çoxlu lazımsız xal itirdiyinizi dediz. Sizcə hakimin bu qərarı davam edən haqsızlığın başlanğıcıdımı?

- Bu oyunun idarəetməsindən qətiyyən razı deyiləm. Həmin epizodda kobuluq var idi. Ancaq nəyinki sarı vərəqə heç cərimə də təyin etmədi. Düşünürdüm ki, ikinci turdu hələ tezdi, ancaq deyirım ki, hakimliklə qətiyyən razı deyiləm. Bu matçda ən azı bir qırmızı vərəqə olmalıydı. Bunlar olsaydı, rəqib də başqa cür oynayardı.




Köşə yazıları