"Qəbələyə xal ardınca gəlmişdik" - Samir Abasov

"Qəbələyə xal ardınca gəlmişdik" - Samir Abasov

93 Oxunma

Topaz Premyer Liqasının II turunun son oyunu keçirilib. Qəbələ şəhər stadionunda keçirilən matçda meydan sahibləri "Qəbələ" "Sumqayıt"ı qqəbbul edib.

Qəbələ təmsilçisi matçı öz xeyrinə tamamlayıb - 1:0. Oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyun haqda fikirlərini bildirib:

"İlk səfər oyunu idi. Gözlədiyimizdən də çətin oyun oldu. Oyunda yox kimi bir şey olan oyunçular var idi. Rəqibin hardasa üstünlüyü var idi. Top saxlamaqda və bəzi epizodlarda bizdən yaxşı idilər. Bunu da gözləyirdik. İnanırdıq ki, var gücümüzlə oynasaq, bu deddiklərimə qarşı bir şey edə bilərik. Ancaq əfsuslar olsun ki, iki-üç nəfər oyunçu var idi ki, onlardan istədiyimizi alabilmədik. Həddindən artıq həyəcan var idi. Qaçmağa belə çətinlik çəkirdilər"

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavalnadırıb

- Bu mövsüm təcrübəli heyət yığmısız. O təcrübəlilər bu oyunda qorxmamalı və həyəcan keçirməməli idilər. Meydanda əksi var idi. Sizcə, bu nə ilə bağlıdı?

- Həmin təcrübəlilər bu oyunları çox görüb komandanı öz arxaları ilə aparmalı idi. Ola bilər ilk səfər oyunu idi. İkinci turdu, böyük problem də etmək istəmirik. Elə oyunlar da olur ki, elə səhvlər olur və aradan qaldırılır. Təcrübəlilərimiz fasilə edib, Cavid Tağıyev iki ilə yaxındı oynamır. Təcrübəli futbolçularımızın təcrübə problemləri var idi. Onlara da vaxt var idi. Həmin təcrübəlilər bunun öhtəsindən yəqin ki, gələcək.

- Nəticə sizin üçün gözlənilməz oldumu?

- Ötən illərə baxdıqda, özümüzəinam böyük idi. Bilirdik ki, rahat gedib oynayacağıq. "İnter"lə oyun da bizə motivasiya verdi. Bura xal ardınca gəlmişdik. Buna ümid var idi.



Köşə yazıları