"Qəbələ"dən Polşaya

"Qəbələ"dən Polşaya

55 Oxunma

Ötən mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən göndərilən daha bir futbolçu özünə yeni komanda tapıb.

Söhbət “qırmızı-qaralar”ın əsas heyətində özünə yer tapa bilməyən polşalı qapıçı David Pietrzkeviçdən gedir.

“Çərçivə qoruyucu”su karyerasını öz ölkəsində davam etdirəcək. Əlcək sahibi Polşanın yüksək liqasında mübarizə aparan “Sandeçya” klubu ilə münasibətlərini rəsmiləşdirib. David yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Pietrzkeviç ölkəmizdə “Qəbələ” ilə yanaşı fəaliyyətini dayandıran “Simurq” klubunda da oynayıb.



Köşə yazıları