"Zirə"nin futbolçusu Hindistan klubunda

"Zirə"nin futbolçusu Hindistan klubunda

50 Oxunma

"Zirə"də gözlənilməz ayrılıq reallaşıb.

Paytaxt klubu əsas hücumçularından birini itirib. Haitili hücumçu Kervan Belfor Hindistanda yeni yaradılan "Jamşedpur" klubuna transfer olunub. Bu barədə "Jamşedpur"un saytı məlumat yayıb. Forvard ilə 1 illik müqavilə imzalanıb.

25 yaşlı hücumçu yeni komandasına oktyabrda qoşulacaq. O, noyabrda start götürəcək Hindistan çempionatı ərəfəsində İspaniya və Tailandda təlim-məşq toplanışlarına qatılacaq.

Qeyd edək ki, Belfor iyunun 16-da "Zirə"yə transfer olunmuşdu.



Köşə yazıları