Ərəblər Azərbaycanda təlim-məşq toplanışı keçəcək

Ərəblər Azərbaycanda təlim-məşq toplanışı keçəcək

78 Oxunma

Səudiyyə Ərəbistanının ağır atletika üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək. Məqsəd qarşıdakı beynəlxalq yarışlara ciddi hazırlıqdır. 16 nəfərlik heyət milli komandamızın Xırdalandakı AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi ağır atletika təlim-məşq bazasında məskunlaşacaq.

Qonaq atletlər ölkəmizdə avqustun 21-dən sentyabrın 16-na qədər hazırlıq keçəcəklər. Bu toplanış milli komandalarımızın üzvləri, həmçinin federasiyalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin artırılması, həmrəylik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.



Köşə yazıları