Qurban Qurbanova "nakidka" geyindirən hakim

Qurban Qurbanova "nakidka" geyindirən hakim

2795 Oxunma

Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunları keçirilib. Turnirin bu mərhələsinin birinci qarşılaşması Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. 

Bu qarşılaşmada "Qarabağ" Danimarkanı təmsil edən rəqibi "Kopenhagen"i məğlub edib. Yeganə qolu matçın 25-ci dəqiqəsində Dino Ndlovunun zərbəsindən sonra qapı dirəyindən geri dönən topu tamamlayan Mahir Mədətov olub.

Matçın son 10 dəqiqəsində maraqlı hadisə yaşanıb. Qarşılaşmaya təyin olunan italiyalı hakimlər briqadasının dördüncü hakimi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova "nakidka" (ehtiyat oyunçular üçün nəzərdə tutulan bürüncək) geyinməyini istəyib. Səbəb isə çalışdırıcının geyiminin "Qarabağ"ın forması ilə oxşar rəngdə olmasıdı. Qurban Qurbanov buna etiraz etməyib və hakimin tələbini yerinə yetirib

Bu barədə məşqçinin özü oyunsonrası mətbuat konfransında jurnalistlərdən birinin sualını cavablandırarkən deyib:

"Hakim məndən "nakidka" geyinməyimi istədi. Səbəb isə geyimin rəngi idi. Mən ona bildirdim ki, mənim geyimim "Qarabağ"ın forması ilə fərqli rəngdədi. Ancaq israr etdi və geyindim. Çempionlar Liqası çox ciddi turnirdi. Burada hər xırda detala da diqqət yetirlir"




Köşə yazıları