"Artıq "Qarabağ" favoritdi" - "Kopenhagen"in baş məşqçisi

"Artıq "Qarabağ" favoritdi" - "Kopenhagen"in baş məşqçisi

1832 Oxunma

Bu gün Çempionlar Liqası pley-off mərhələsinin ilk görüşü keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Qarabağ" "Kopenhagen"i qəbul edib. 

Oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolun müəllif 25-ci dəqiqədə fərqlənən Mahir Mədətov olub.

Oyundan sonra komandaların baş məşqçilər matç haqda danışıb. İlk olaraq qonaq komandanın baş məşqçisi Stol Stolbakken jurnalistlərin suallarını cavablandırıb:

- Nəticədən başqa nədən narazı qaldınız?

- Son 30 dəqiqədən.

- "Qarabağ"dan belə oyun gözləyirdizmi?

- Bəli gözləyirdim. İlk 60 dəqiqə bərabər oyun getdi. Son 30 dəqiqə "Qarabağ"ın daha çox enerjisi vardı. Bizim seyvlərimiz olurdu. Nəticə bizim üçün asan deyil, ancaq mümkünsüz də deyil.

- Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiz?

- Düşünürəm ki, "Qarabağ" favoritdi. Xüsusi ilə onlar səfərdə bir qol vursalar, üstün olacaqlar. Ancaq biz qol vursaq üstünlük bizdə olacaq.

- "Qarabağ" ilk dəfə idi Çempionlar Liqası pley-off mərhələsində oynayırdı. Sizcə, azarkeşlər bu günün haqqını verdimi?

- Bu böyük oyun idi. Kənardan hiss olunurdu. Azarkeşlərin dəstəyi futbolçuları daha güclü edirdi



Köşə yazıları