"Hesabı heç vaxt təxmin etmirəm" - Zaur Svanadze

"Hesabı heç vaxt təxmin etmirəm" - Zaur Svanadze

95 Oxunma

Bu gün Topaz Premyer Liqasında ilk turun ikinci matçı keçirilib. "İnter Arena"a baş tutan oyunda "İnter" "Qəbələ"ni qəbul edib.

Matç qonaqların üstünlüyü ilə başa çatıb - 2:1. Oyundan sonra təşkil olunan mətbuat konfransında "İnter"in baş məşqçisi Zaur Svanadze matç haqda fikirlərini bildirib:

"Uşaqlar çalışdılar. Bacardıqlarını etdilər. Alınmadı, yəqin növbəti dəfə olar. Hesaba baxmayaraq, düşünmürəm ki, pis oynadıq. İşləməliyik. Görək gələcəkdə nə olacaq.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan öncə hesab təxmininiz necə idi?

- Təxmin edirdim ki, komandam meydana çıxacaq və bacardığını edəcək, belə də oldu. Ancaq hesabı heç vaxt təxmin etmirəm. 

- Rauf Əliyevin ayrılığına münasibətiniz necədi? Komandadan ayrılmamışdan öncə sizdən "halallıq" aldımı?

- Biz onunla sadəcə danışmışıq, söhbətləşmişdik. Onun belə erkən tərk edəcəyini gözləmirdik. Avropada oynaması yaxşıdı, bir çox futbolçu bunu istəyir. Rəhbərliklə danışıqlar olub, onlar hər şeyi müəyyən edib. Ümid edirəm, onun karyerasında hər şey yaxşı olacaq. Arzu edirəm, yaxşı oynasın, milli komandaya düşsün.



Köşə yazıları