"Qarabağ" üçün yubiley qol

"Qarabağ" üçün yubiley qol

29 Oxunma

Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” – “Qarabağ” oyununda vurulan 3-cü qol yubiley xarakteri daşıyıb.

Yubileyin müəllifi ağdamlıların 3:1 hesablı qələbə qazandığı görüşdə qonaqların 3-cü topuna imza atan Dino Ndlovu olub.

Onun qolu “Qarabağ”ın Azərbaycan çempionatlarında “Neftçi”nin qapısından keçirdiyi 75-ci top olub. Bu oyunadək baş tutan 68 matçda 72 dəfə fərqlənən əyalət klubu 75-ə afrikalı legioneri ilə çatıb.



Köşə yazıları