"Onlar, əlbəttə ki, bizdən üstün olmalıdı" - Elxan Abdullayev

"Onlar, əlbəttə ki, bizdən üstün olmalıdı" - Elxan Abdullayev

156 Oxunma


Bu gün Topaz Premyer Liqasında 2017/18-ci il mövsümünə start verilib. İlk turun ilk matçında "Neftçi" - "Qarabağ" matçı keçirilib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra komandaların baş nəşqçisi mətbuat konfransında jurnalistlərin suallarını cavabıandırıb. "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev media önünə çıxıb. Matç haqda danışan təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavabıandırıb:


"Yeni mövsümü səbirsizliklə gözləyirdik. İstəyirdik ki, yaxşı başlayaq. Ancaq alınmadı. İkinci hissəni ilk hissəyə noisbətən yaxşı oynadıq. Bu nəticədən sonra danışmaq çətindi. Azarkeşlər yaxşı dəstək oldu. Onlardan üzr istəyirik"

- "Neftçi" "Qarabağ"a nədə uduzdu? Komanda əsasən ehtiyat oyunçuları ilə meydana çıxdı...

- Mən bu sualı xoşlamıram. Mən istəyərəm "Qarabağ" əsas heyətlə oynasın. Yeni futbolçular çoxdan oynamırlar, yeni güclə oynayırlar, deməzdim "Qarabağ"da belə problem var. Onlar əlbəttə ki, bizdən üstün olmalıdı. Təcrübə öz sözünü deyir. Amma o demək deyil ki biz uduzmalıyıq. Birinci qol bizim oyun planımızı pozdu.

- İkinci hissə ilə birinci hissə arasında fərq yaradan amil hansıdı?

- Əsas olaraq biz. İkinci hissədə pressinq etməyə başladıq. Bu da öz nəticəsini verdi. Biz ilk dəqiqədən belə oynamaq istəmədik. Erkən qol planı pozdu. Biz üstünlüyü rəqibə vermək istədik. Buna görə də B planına keçdik




Köşə yazıları