<strong><font color=#ff0000>YENİLƏNİB:</font></strong> "Qarabağ" qalib gəldi

YENİLƏNİB: "Qarabağ" qalib gəldi

40 Oxunma

Bu gün Topaz Premyer Liqasında 2017/2018 mövsümü start götürəcək.

Tura bir oyunla start veriləcək. Mövsümün açılış oyununda ölkənin iki ən titullu komandası qarşılaşacaq. 8-ci km qəsəbə stadionunda keçiriləcək görüşdə “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gələcək. Əvvəlki bütün çempionatlarda iştirak edən komandaların növbəti dueli maraqla gözlənilir. Azərbaycan derbisi saat 21:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.

 

Azərbaycan Premyer Liqası

I tur

11 avqust (cümə)

21:00. “Neftçi” – “Qarabağ” - 1:3
Qollar: Mahir Mədətov 11, 40, Dino Ndlovu 62, Rahid Əmirquliyev (öz qapısına) 90.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

8-ci km qəsəbə stadionu



Köşə yazıları