"Narahat olunası heç nə yoxdu" - Qurban Qurbanov

"Narahat olunası heç nə yoxdu" - Qurban Qurbanov

942 Oxunma

Çempionlar Liqası III təsnifat mərhələsi çərçivəsində “Qarabağ” – “Şerif” ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qapılara qol vurulmayıb.

Oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:

“Çətin oyun oldu. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Gözlədiyimiz oyun oldu. Bu matçla gördük ki, burada zəif komanda yoxdu. Alınmadı. Ancaq komandadan razı qaldım. Mübarizə apardılar. Səhvlərimiz oldu. Bu da normaldı. Bu hesab da pis nəticə deyil. Evdə qol buraxmadıq. Cavab oyununa daha yaxşı hazırlaşacağıq. Nəticəyə görə üzülmədim. Azarkeşlər bu qolu gözləyirdi, onları istəyinə çatdıra bilmədiyimə görə üzülürəm”

İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk hissədə cinahlardan heç bir hücum alınmadı...
- Bu komanda fərqli sistemdə oynayır. Bu gün də bunun şahidi olduq. İlk hissə komanda daha hazırlıqlı olur. İkinci isə sistemi qoruyub saxlamaq çətin olur deyə bir az fərqləndi. Yaxşı hazırlaşdıq. Səfərdə daha fərqli tərzdə oynayacaqlarını düşünürəm. Futbol belədi, 60 dəqiqə heç nə alınmır sonda alınır. Müdafiədə səhvlərdən uzaq olan komandadı. Onlar istədiyini edə bildilər. Yakubun zədəsi barədə yəqin ki, ciddi bir şey yoxdu. Sabah həkimlər bu barədə bizə açıqlama edəcəklər.

- “Qarabağ” daha güclü komandadı. Funksional olaraq komanda hazır deyil. Qısa müddət var, bu müddət ərzində hazırlıqda nəsə dəyişməyi düşünürsüzmü?
- Öz proqramım üzrə işləyəcəyik. Bəzi futbolçulara görə əlavə proqram olacaq. Hansı futbolçuda funksionallıq aşağıdısa, onunla da xüsusi məşğul olacağıq. Bəzi çatışmazlıqlar var. Oyundan-oyuna bunu da düzəldəcəyik.

- Yoxlama oyunlarına belə ciddi yanaşırsız. “Qarabağ” Avstriyada yoxlama oyunlarda qələbə qazana bilmədi. Bu gün də “Qarabağ”ı ayrı görürük. Bu nə ilə bağlıdı?
 - Burada əlaqəli bir şey yoxdu. İkinci hissədə biz daha güclü oynadıq, rəqib nadir hallarda hücuma keçirdi. Bəzi oyunçuların hazırlığı aşağıdı. Hazırlıq səviyyəsini yuxarı qaldırmaq üçün yoldaşlıq görüşlərinin faydası oldu. Bunlar bizdə aslı deyil. Biz tam heyətlə düşərgələrə qoşulmamışıq deyə, hamının hazırlığı eyni səviyyədə deyil. Narahat olası bir şey yoxdu. Vaxtımız var, daha yaxşı komanda ortaya qoya bilərik.



Köşə yazıları