"Qarabağ" son məşqinə çıxır

"Qarabağ" son məşqinə çıxır

32 Oxunma

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” sabah səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq.

Bu gün saat 19:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Tbilisidə media mənsublarının suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, “Samtredia” – “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.



Köşə yazıları