“Qarabağ” bu gün gedir

“Qarabağ” bu gün gedir

44 Oxunma

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında “Samtredia” ilə qarşılaşacaq “Qarabağ” bu gün Gürcüstana gedəcək.

Komanda Tiflisə çarter deyil, adi şərnişin reysi ilə saat 20.10-da yola düşəcək.

Sabah “Qarabağ”ın oyunun keçiriləcəyi Tiflisdəki Boris Payçadze adına stadionda məşqi nəzərdə tutulub.

Xatırladaq ki, bu komandaların ilk matçında Ağda klubu 5:0 hesabı ilə qalib gəlib.



Köşə yazıları