Millinin sabiq futbolçusu baş məşqçi oldu

Millinin sabiq futbolçusu baş məşqçi oldu

52 Oxunma

Argentina millisinin sabiq futbolçusu Pablo Aymar məşqçi karyerasına başlayıb.

Keçmiş yarımmüdafiəçi Argentinanın U-17 millisinin “sükanı arxasına” keçib. Bu barədə məlumatı yerli mətbuat yayıb.

Xatırladaq ki, futbolçu karyerası ərzində “Valensiya”, “Benfika”, “River Pleyt”, “Saraqosa” kimi komandalarda top qovmuş Aymar, 2015-ci ildə butslarını mismardan asmışdı. O, Argentina millisində 53 oyun keçirib.



Köşə yazıları