"Qəbələ" "Fənərbağça" ya, "İnter" "Milan"a rəqib ola bilər

"Qəbələ" "Fənərbağça" ya, "İnter" "Milan"a rəqib ola bilər

605 Oxunma

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

UEFA komandaları qruplara bölüb. “Qəbələ”nin 5 mümkün rəqibi qalıb. Bunlar PSV (Hollandiya), “Fənərbaxça” (Türkiyə), “Krasnodar” (Rusiya), “Panatinaikos” (Yunanıstan) və “Şkendiya” (Makedoniya) - HİK (Finlandiya) cütünün qalibidi.

“İnter” isə “Fola” səddini aşarsa, “Milan” (İtaliya), “Bordo” (Fransa), “Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi, “Makkabi” (Təl-Əviv, İsrail) - “Reykyavik” (İslandiya) cütünün qalibi, “Hayduk” (Xorvatiya) - “Levski” (Bolqarıstan) cütünün qalibi və ya “Hoqesund” (Norveç) - “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

“Zirə” isə “Astra”nı mübarizədən kənarlaşdırsa, Bakı klubunun potensial rəqibləri “Aleksandriya” (Ukrayna), “İrtış” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi, “Altax” (Avstriya) - “Dinamo” (Brest, Belarus) cütünün qalibi, “Aberdin” (Şotlandiya) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) cütünün qalibi, “Rujomberok” (Slovakiya) - “Brann” (Norveç) cütünün qalibi və “Beytar” (İsrail) - “Botev” (Bolqarıstan) cütünün qalibi olacaq.



Köşə yazıları