"Meydanda qışqır-bağır salırdılar" - Qara Qarayev

"Meydanda qışqır-bağır salırdılar" - Qara Qarayev

1066 Oxunma

Çempionlar Liqası II təsnifat mərhələsi çərçivəsində "Qarabağ" "Samtredia"nı qəbul edib.

Matç ağdamlıların 5:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra" Qarabağ"ın futbolçusu Qara Qarayev oyun haqda fikirlərini bölüşüb:

 

"Bu matça yaxşı hazırlamışdıq. İstədiyimiz kimi mübarizə apardıq. Düşünürəm ki, növbəti oyun çətin olacaq. Rəqib səfərdə sərt oynayacaq. Onlar da bizi yaxşı analiz etmişdilər. İkili mübarizələrdə inamlı idilər. Əslində qollar bizim oyunumuzu daha yaxşı etdi. Hər qol vurduqca həvəsləndik rəqib isə əksinə ruhdan düşürdü. Onların heyətində xarakterli futbolçular var idi. Məğlub olmaq istəmirdilər buna görə də meydanda qışqır-bağır salırdılar.

 

Qara Qarayev yeni transfertlərin çıxışını da dəyərləndirib:

 

Yeni transferlər də layiqli mübarizə apardı. Çatışmazlıqlar var, itkilər var onlar problem yaradır. Ümid edirik ki, növbəti matçlarda bu problem aradan qalxacaq.



Köşə yazıları