Azarkeşi vurub "Neftçi"dən qovulan oyunçu "Yuventus"da

Azarkeşi vurub "Neftçi"dən qovulan oyunçu "Yuventus"da

2615 Oxunma

Ötən mövsümün gedişində “Neftçi”dən qovulan rumıniyalı Katalin Tiranın yeni klubunun adına aydınlıq gəlib.

Korner.az-ın məlumatına görə, 22 yaşlı hücumçu ölkəsində II Liqada çempion olaraq elitaya vəsiqə qazanan "Yuventus"la müqavilə imzalayıb. Tiranın Buxarest klubuyla imzaladığı müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, ötən yayda “Neftçi”yə transfer olan Tira Premyer Liqanın 9-cu turunda "Qarabağ"la oyunun gedişində meydana daxil olan azarkeşi vurmuşdu. Bu səbəbdən paytaxt klubu rumıniyalı forvardla müqaviləyə xitam vermişdi. Hücumçu daha sonra ölkəsinin II Liqasında çıxış edən “Dunarea Kalaraşi” klubuna keçmişdi.



Köşə yazıları