"Zirə" daha iki legioner alır

"Zirə" daha iki legioner alır

407 Oxunma

Avropa Liqasında çıxış edəcək “Zirə” heyətinə daha 2 futbolçu qatacaq. 

Korner.az-ın məlumatına görə, bunu apasport.az saytına komandanın baş məşqçisi Ayxan Abbasov məlumat deyib.
 
O bildirib ki, mövsümlərarası fasilədəki son transferlər legioner statusu daşıyacaqlar. David Manqanın keçidini artıq həll etmiş paytaxt təmsilçisi daha 2 əcnəbi ilə güclənəcək. Bunlardan biri müdafiəçi, digəri isə yarımmüdafiəçi olacaq. Yeni oyunçuların “Zirə”nin düşərgəsinə Boluda qatılacağı gözlənilir.  
 
“Zirə” bu vaxta qədər Manqa ilə yanaşı, Rəşad Sadiqov, Nicat Qurbanov və Orxan Əliyevi heyətinə qatıb, Vüqar Mustafayevin isə transfer hüququnu “Qarabağ”dan birdəfəlik alıb.
 
Qeyd edək ki, mövsüm başa çatan kimi, “Zirə”dən ayrılan futbolçular isə Migel Lorenzo, Tural Cəlilov, Nurlan Novruzov, Yamin Ağakərimzadə, Elvin Məmmədov, Cavid Tağıyev, Amadu Ben Sanqar və Akim Latifu olub.



Köşə yazıları