“Kəpəz” Türkiyədə 3 yoxlama oyunu keçirəcək

“Kəpəz” Türkiyədə 3 yoxlama oyunu keçirəcək

435 Oxunma

“Kəpəz”in yeni mövsüm üçün hazırlıq planı məlum olub. 

Korner.az-ın klubun saytına istinadən məlumatına görə, 3-4 iyul tarixlərində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 5-dən məşqlər üçün bir araya gələcəklər.
 
Komanda iyulun 14-nə kimi paytaxtda hazırlaşacaq. Bu müddətdə Gəncə klubu bir yoxlama oyunu keçirməyi planlaşdırıb. Təlim-məşq toplanışının növbəti mərhələsi üçün “sarı-göylər” Türkiyəyə yollanacaqlar.
 
“Kəpəz” ayın 15-dən 25-nə kimi Ərzurumda məşq edəcək. Şahin Diniyevin yetirmələri qardaş ölkədəki toplanış dövründə üç yoxlama oyunu keçirəcəklər. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaqlar.
 
Türkiyədən qayıtdıqdan sonra “Kəpəz” çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək. 



Köşə yazıları