Jiru “Arsenal”dan ayrılmaq istəyir

Jiru “Arsenal”dan ayrılmaq istəyir

181 Oxunma

İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal”ın futbolçusu Olivye Jiru yayda koamandadan ayrıla bilər.


Korner.az-ın məlumatına görə, bu haqda “Daily Mirror” xəbər yayıb.

Bildirilir ki, DÇ-2018-də Fransa millisinin heyətində çıxış etmək istəyən hücumçu daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.

Xatırladaq ki, Premyer Liqada bu mövsüm 29 oyunda iştirak edən oyunçu, bu matçların yalnızca 11-də start heyətində meydana daxil olub.



Köşə yazıları